Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünü 5-ci pillədə başa vuran və 16 illik fasilədən sonra avrokuboklarda oynamaq şansı qazanan "Kəpəz"in hazırlıq planı bəlli olub. SİA-nın məlumatına görə, Gəncə təmsilçisi 3 mərhələdən ibarət hazırlıq planlaşdırır. Komanda məşqlərinə iyun ayının 10-da start verəcək və ölkə daxilində toplanış keçəcək. Şahin Diniyevin komandası hazırlığın II mərhələsini Türkiyədə davam etdirəcək. Böyük ehtimalla "Kəpəz" Türkiyənin Ərzurum bölgəsində hazırlıq keçəcək. Ölkə xaricindəki toplanışın 10 gün davam edəcəyi gözlənilir və bu toplanış çərçivəsində komanda bir neçə yoxlama görüşündə qüvəssini sınayacaq. "Kəpəz" daha sonra Bakıya qayıdacaq və Avropa Liqasının oyununa qədər paytaxtda hazırlaşacaq.
Qeyd edək ki, Avropa Liqasının təsnifat mərhələsindəki ilk görüşlər iyunun 30-da, cavab qarşılaşmaları isə iyulun 7-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB