"İnter" "Birlik Kuboku"nun qrup mərhələsində son oyununu keçirəcək

"İnter" "Birlik Kuboku"nun qrup mərhələsində son oyununu keçirəcək
Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş "Birlik Kuboku"nun qrup mərhələsinə bu gün yekun vurulacaq. Siasport.az saytı xəbər verir ki, turnirdəki təmsilçimiz "İnter" Bakı vaxtı ilə saat 13:00-da, Peterburqski İdman Konsert Kompleksində Moldovanın "İskra-Stal" komandası ilə qarşılaşacaq.

Xatırladaq ki, "İnter" qrupda keçirdiyi ilk iki oyunu qələbə ilə başa vurub. Təmsilçimiz Qırğızıstanın "Neftçi" və Tacikistanın "İstiqlal" klublarını eyni hesabla - 3:0 məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə