Türkiyənin "Beşiktaş" klubunda forma geyinən "Real Madrid"in keçmiş futbolçusu Quti Hernandez Türkiyə mətbuatına verdiyi açıqlamasında Türkiyə və İspaniya futbolunu müqayisə edib. Siasport.az saytı xəbər verir ki, ispaniyalı futbol ulduzu jurnalistlərə açıqlamasında deyib ki, hazırda o, "Beşiktaş"ı "Real Madrid"ə bənzədir: ""Beşiktaş’ı "Real Madrid"ə bənzədirəm. Komandamız tam şəkildə ulduz futbolçulardan ibarət olan bir klubdur. İspaniyada "Real Madrid"in bir nömrəli rəqibi "Barselona"dır. Türkiyədə də "Barselona"nın rəngində olan klub hazırki lider "Trabzonspor"dur. Bu komanda daha sürətlə futbol oynayır ki, bu da meydanda yaxşı oynamağa böyük imkan yaradır.
"Beşiktaş" isə futbol ulduzlarının cəmləşdiyi komanda olaraq hər kəsin zövqlə izləyəcəyi komanda kimi formalaşır. Superliqanın başlanmasından sonra hər kəs bunu görəcək. Şəxsən İspaniyadakı futbol həyəcanını burada da yaşayıram. Amma bir məsələ var ki, burada futbolu aqressiv oynayırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB