“Milan” heç-heçələri sıralayır

“Milan” heç-heçələri sıralayır

İtaliya A seriyasinda maraqlı oyunlar keçirilib. Siasport.az saytı xəbər verir ki, İtaliya çempionatının lideri "Milan" rəqib meydanında üstünlüyünü qoruya bilməyib. Silvio Berluskoninin komandası səfərdə "Lecce" klubu qarşısında 1:0 üstün olsa da, sonradan rəqibin "Milan"ın qapısına vurduğu qol hər seyi dəyişdirib. "Milan" bir xal qazanmaqla razılaşsa da, komanda A Seriyasında yenə lider olaraq mövqeyini qoruyur. Eyni zamanda ard-arda ikinci heç-heçeyə imza atan "Milan" üçün bu göstərici çempionluq yolunda yaxşı heç nə vəd etmir. Qarşıdakı turlarda xal itirəcyi təqdirdə onu təqib edən "Napoli" və Roma" S.Berluskoninin komandası üçün əsl təhlükəyə çevrilə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə