“ADY” QSC ilə DHL şirkətinin nümayəndə heyətləri arasında görüş keçirilib FOTOLAR

“ADY” QSC ilə DHL şirkətinin nümayəndə heyətləri arasında görüş keçirilib FOTOLAR

Türkiyənin İstanbul şəhərində səfərdə olan "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti, dünya logistik bazarının liderlərindən olan Almaniyanın DHL şirkətinin nümayəndələri ilə görüşüb. SİA-nın məlumatın görə, görüşdə Azərbaycan tərəfdən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müşaviri Vüsal Aslanov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov, Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər. Qarşı tərəfdən görüşdə DHL-in Şərqi Avropa üzrə Baş İcraçı Direktoru Kərəm İnanc, Şirkətin Çin üzrə Baş İcraçı Direktoru Stiv Huanq və digərləri iştirak ediblər.

Görüş zamanı, Azərbaycanın nəqliyyat potensialı, ölkəmizdə tranzit və yükdaşımalar sahəsində əldə olunan uğurlar, bu sahədə həyata keçirilən iri infrastruktur layihələri diqqət mərkəzində olub, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər gələcək əməkdaşlıqdan danışarkən, Azərbaycanda iri logistik Hub yaradılması haqda razılığa gəliblər. Həmin Hub vasitəsi ilə Çindən gələn yüklərin, burada cəmləşərək, sonradan Türkiyə, Avropa, Rusiya və ətraf ölkələrə paylanacağı planlaşdırılır.

Görüşün sonunda tərəflər arasında niyyət protokolu imzalanıb.

Qeyd edək ki, Almaniyanın DHL şirkəti dünya logistuk bazarının liderlərindən sayılır. Şirkət dünyanın 200 ölkəsində, 120 min şəhərə yüklər çatdırır. Şirkətin dünyada 5 mindən artıq ofisi mövcuddur. Burada çalışan əməkdaşların sayı 300 minə yaxındır.

Bütün xəbərlər Facebook səhifəmizdə