Dünya futbolunun parlaq ulduzu kimi yaddaşlarda qalan və "Real Madrid"in əfsanəsi olaraq tarixə keçən, bir neçə il bundan əvvəl isə Türkiyənin "Fənərbaxça" futbol klubunun da formasını geyinmiş Roberto Karlos vətəni Braziliyaya dönsə də vurduğu qollarla vətənində də nəyə qadir olduğunu və hələ də Roberto Karlos olaraq usta futbolçu olduğunu təsdiqləməkdə davam edir. Siasport.az saytı xəbər verir ki, Roberto Karlos yeni başlayan Braziliya çempionatında rəqib "Portuguesa" komandasının qapısına vurduğu möhtəşəm qolu ilə Avropa futbolunun diqqətini yenidən üzərinə çəkib. Roberto Karlos qarşılaşmanın 19-cu dəqiqəsində gözəl qola imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB