Artıq demək olar ki, "Barselona klubu bu il yenidən çempionluğu qazanmaqda "Real Madrid"dən çox şanslıdır. Siasport.az saytı xəbər verir ki, İspanya La Liqasında dünən baş tutan qarşılaşmalarda mühüm nəticələr qeydə alınıb. Bunların sırasında ən vacibləri "Real Madrid" və "Barselona" klublarının oynadıqları qarşılaşmalarda baş verib. Hər iki klubun La Liqa çempionluğu uğrunda mübarizə apardığını nəzərə alsaq hazırki vəziyyətin "Barselona"nın xeyrinə olduğunu deməyə tam əsasımız var. Məsələ burasındadır ki, əzəli rəqibin "Malaqa" ilə keçirəcəyi oyundan əvvəl səfərdə "Almeria" ilə qarşılaşan "Real Madrid" ortabab rəqibi ilə 1-1 hesablı nəticə ilə barışdıqdan sonra bütün diqqətini "Barselona"nın öz meydanında oynayacağı qarşılaşmaya yönəldib. Amma bu diqqətlərin boş olduğunu və bu il də İspaniya çempionluğunu bayram etməyə tam qərarlı olduğunu "Barselona" qarşılaşmanın ilk 38-ci dəqiqəsindəcə ortaya qoydu. Rəqibini Nou-Kampda 4:1 hesablı darmadağına məruz qoyan katalon təmsilçisi İnyesta, David Villya ve Pedro Rodriqesin qolları ilə qələbəni bayram etdi. "Malaqa"nın təsəlli qoluna isə Duda imza atıb. Artıq "Real Madrid"in işi çox ağırdır. İndi onları lider "Barselona"dan düz 4 xal ayırır. Hazırda 52 xal qazanan və La Liqanın zirvəsində qərarlaşan "Barselona"nın ardınca 48 xala malik "Real Madrid" ikinci yerdə qərarlaşıb.