Denis Silva: \"Bir müdafiəçi kimi öz üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacam\"

Denis Silva: \"Bir müdafiəçi kimi öz üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacam\"
\"Təlim-məşq toplanışımız olduqca yüksək tempdə davam edir. Mən belə tempdə çalışmağı sevirəm. Bütün hazırlıqlarımız Premyer Liqanı qalib kimi başa vurmağa hesablanıb\". Siasport.az saytı xəbər verir ki, bu sözləri hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən \"Neftçi\"nin müdafiəçisi Denis Silva klubun rəsmi saytına deyib. O, Türkiyədəki ikinci təlim-toplanışında bir neçə hazırlıq görüşündə qüvvələrini sınayacaqlarını bildirib: \"Bu, bizim zəif və üstün tərəflərimizi görməyə imkan verəcək. Fevralın 13-də \"Xəzər Lənkəran\"la keçirəcəyimiz ev oyununda meydana yalnız 3 xalı qazanmaq üçün çıxacağıq. Bu görüşün vacibliyini yaxşı dərk edirik. Hətta deyərdim ki, həmin matç 3 yox, 6 xallıq oyundur. Mən də bir müdafiəçi kimi öz üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacam. Biz ancaq irəliyə baxırıq. \"Neftçi\"nin çempion olması üçün komanda şəklində bütün səylərimizi ortaya qoyacağıq\".

Bütün xəbərlər Facebook səhifəmizdə