Açıq MTB yarışlarının qalibləri müəyyənləşib FOTOLAR

Açıq MTB yarışlarının qalibləri müəyyənləşib FOTOLAR

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün müəyyənləşdirdiyi təqvim-plana uyğun olaraq, Dağ Velosipedi Parkında açıq MTB yarışı keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 40-dan artıq idmançısı iştirak edib.

U-15 yaş kateqoriyasında mübarizə aparan idmançılar uzunluğu 2 km olan marşrut boyunca 3 dövrə vurublar. Məsafəni 28 dəqiqə, 45 saniyəyə başa vuran 8 saylı Olimpiya İdman məktəbinin yetirməsi Fədail Mahmudov finiş xəttini birinci keçib.

U-15 (3x2km)

1. Fədail Mahmudov 8OEQİUVM 28:45

2. Əhməd Əhmədov 8OEQİUVM 29:47

3. Emil Əliyev 8OEQİUVM 29:48

17 yaşadək velosipedçilər eyni marşrut üzrə 5 dövrə mübarizə aparıblar və "Neftçi" İdman Klubu İctimai Birliyinin təmsilçisi Vüqar Nəsibov bütün rəqiblərini qabaqlayıb.

U-17 (5x2km)

1. Vüqar Nəsibov Neftçi 47:08

2. Nəcəf Bağırov AzVİF 49:09

3. Osman Qəhrəmanov OEQİUVM 50:11

Nəhayət, Elit, U-23 və gənclər kateqoriyasında çıxış edən idmançılar 14 km məsafə qət ediblər və mübarizə Olimpiya Ehtiyatları Velosiped İdmanı Məktəbinin üzvü Orxan Məmmədovun qələbəsilə yekunlaşıb.

Elit, U-23, Gənclər (7x2km)

1. Orxan Məmmədov OEQİUVM 58:06

2. Musa Mikayılzadə Lokomotiv 58:22

3. Aqşin Bağırlı Lokomotiv 58:42

Bütün xəbərlər Facebook səhifəmizdə