"İnter" futbolçularla müqavilərləri yeniləyir

"İnter" futbolçularla müqavilərləri yeniləyir

Futbol üzrə Azərbaycan Premyer Liqasında keçirilən son turdan sonra "İnter" FK-nın heyəti istirahətə buraxılıb. SİA-nın məlumatına görə, komanda iyun ayının 18-də "İnter Arena" stadionuna toplaşaraq növbəti mövsümə hazırlaşacaq.

Müqavilə müddətləri başa çatmış futbolçularla yeni razılaşmalar əldə olunur. Belə ki, Şahin Zəkiyev (3 il), Sərtan Taşkın (2 il), Aqşin Quluzadə (3 il), Mirhüseyn Seyidov (2 il) və Nizami Hacıyevlə (1 il) müqavilələr yenilənib. Digər futbolçularla isə danışıqlar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə