Batumidə Dünya Döyüş Növləri Oyunlarına yekun vurulub. SİA-nın məlumatına görə, Azərbaycanın kempo döyüş növləri üzrə komandası yarışda 5 medal qazanıb.
28 ölkədən idmançıların iştirak etdiyi turnirdə Toğrul İbrahimli (55 kq, MMA), Cavid Allahverdiyev (61 kq, MMA), Xəyal Məmmədzadə (75 kq, qrapplinq), Ülvi Sadıqzadə (80 kq, qrapplinq) və Orxan Əlizadə (open, qrapplinq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar və komanda hesabında 3-cü yerə sahib olublar.
Mötəbər turnirdə komandamıza Beynəlxalq Kempo Federasiyasının ölkəmizdəki səlahiyyətli nümayəndəsi, Azərbaycan Kempo Təşkilatının rəhbəri Rauf İbrahimov başçılıq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB