Konkur üzrə Dünya kubokunun təsnifat mərhələsinin Qran-Pri yarışları başa çatıb

Konkur üzrə Dünya kubokunun təsnifat mərhələsinin Qran-Pri yarışları başa çatıb
"Sərhədçi" Atçılıq Mərkəzində konkur növü üzrə Dünya kubokunun təsnifat mərhələsinin Qran-Pri yarışları başa çatıb. Siasport.az saytı xəbər verir ki, yarışda Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və Bolqarıstandan olan 13 idmançı 21 əsas atla (7 yaşdan yuxarı) mübarizə aparıblar.
Beynəlxalq turnirdə ölkəmizin idman şərəfini Hikmət Musayev, Seyid Musayev, Camal Rəhimov və Kənan Novruzov qoruyub.
Yarışda bolqarıstanlı idmançı Tenes Venetto "Uperusa" adlı atla qalib gəlib. Şalva Qoçaçiladze (Gürcüstan) "Saturun" ləqəbli atla ikinci, C.Rəhimov isə "Platine" ləqəbli atla üçüncü olub.
Turnirin ümumi mükafat fondu 69 min avro təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə