İngiltərə millisi Türkiyə yığmasını məğlub edib

İngiltərə millisi Türkiyə yığmasını məğlub edib

Fransada təşkil olunacaq futbol üzrə Avropa Çepionatının final mərhələsi öncəsi yoxlama oyunlarına start verilib. SİA-nın məlumatına görə, dünən baş tutan qarşılaşmada Avropa Çempionatının iki iştirakçısı - İngiltərə və Türkiyə milli komandaları üz-üzə gəlib. Mançester şəhərində yerləşən "Etihad Stadium"da reallaşan qarşılaşma İngiltərə millisiniin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, sözügedən milli komandalar tarix ərzində 11 dəfə qarşılaşıb. Həmin qarşılaşmalarda 2 bərabərlik qeydə alındığı halda, 9 dəfə İngiltərə millisi qələbə qazanıb.

İngiltərə - Türkiyə 2:1

Qollar: Harri Keyn 3, Ceymi Vardi 83- Hakan Çalhanoğlu 14.

Bütün xəbərlər Facebook səhifəmizdə