Futbol üzrə İspaniya kubokunda final oyunu keçirilib. SİA-nın məlumatına görə, həlledici qarşılaşmada "Barselona" "Sevilya" ilə üz-üzə gəlib. Paytaxt Madriddə keçirilən qarşılaşma kataloniyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Luis Enrikenin komandası Kral kubokunu qazanaraq "qızıl dubl"a imza atıb. "Barsa" ümumilikdə 28 dəfə Kral kubokunu qazanıb.
Qeyd edək ki, "Barselona" bu mövsüm La Liqanın, "Sevilya" isə Avropa Liqasının qalibi olub.
22 may
İspaniya Kral kuboku
"Barselona" - "Sevilya" 2:0
Qollar: Xordi Alba, 97, Neymar, 120+2
Qırımızı vərəqələr: Maskerano, 36 ("Barselona"), Baneqa, 90+2 ("Sevilya"), Karriko, 120+1 ("Sevilya")
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB