"Barselona" Arda Turanı satır

"Barselona" Arda Turanı sata bilər. XəzərXəbər xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, Kataloniya klubu türk futbolçu üçün alacağı təklifləri dəyərləndirəcək. Sərfəli təklif olsa, Ardanın transferinə icazə veriləcək.

Qeyd edək ki, "Barselona" ötən il Ardanı "Atletiko"dan 35 milyon avroya transfer edib.

Yanvardan oynamağa başlayan türk futbolçu Kataloniya klubunda 25 oyun keçirib və 2 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə