"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 35-ci turunda guya "Xəzər Lənkəran"ın turnir cədvəlindəki vəziyyətini ağırlaşdırmaq üçün "Rəvan"a qəsdən uduzduqlarına dair yayılan söz-söhbətlərə münasibətini açıqlayıb. SİA-nın məlumatına görə, o, bunları söyləyib: "Mən neçə ildi futboldayam və hamı bilir ki, bu fikirlərdən uzağam. Təəssüflər olsun ki, yazılarda, bəzi fikirlərdə belə şeyin ola biləcəyini düşünürlər. İnanmasalar da, şübhə ilə yanaşırlar. Hətta AFFA rəhbərliyindən müsahibə alınarkən də bu suallar verilir. Bunları qəbul etmirəm. Niyə narahat olmalıyam ki? Komandam hər zaman belə dəyişikliklərə əl atıb. Narahat olmalı insanlar başqalarıdır, biz deyilik". //Azerisport.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB