Bu gün Avropa çempionatına yekun vurulacaq

Bu gün Avropa çempionatına yekun vurulacaq

Bu gün 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Bakıda keçirilən Avropa çempionatına yekun vurulacaq. SİA-nın məlumatına görə, turnirin həlledici - final oyununda Portuqaliya və İspaniya yığmaları qarşılaşacaq.

Portuqaliya yığması bu görüşün də favoriti hesab olunur. Bu komanda əvvəlki oyunlarının heç birində qapısından top buraxmayıb. İspanların bu rəqiblə nə dərəcədə bacaracağı maraqla gözlənilir.

17 yaşlılıarın Avropa çempionatı
Final
21 may

20:00. Portuqaliya - İspaniya
Baş hakim: Petr Ardeleanu (Çexiya).
Bakı. "Bakcell Arena".

Bütün xəbərlər Facebook səhifəmizdə