İngiltərə Premyer Ligasıda çıxış edən "Bləkbörn" futbol klubu keçmiş futbolçusu Roque Santa Kruzu bu mövsümün sonuna qədər icarə əsasında heyətinə cəlb edib. Siasport.az saytı xəbər verir ki, 2007-2009-cu illər arasında "Bləkbörn" forması geyinən 29 yaşlı paraqvaylı futbolçu, daha sonra 17,5 milyon funt sterlinq miqdarında "Mançester Siti" klubuna transfer olunmuşdu. Amma paraqvaylı futbolçu bu mövsüm komandada yalnız bir dəfə meydana çıxa bilib. S.Kruz jurnalistlərə verdiyi açıqlamada qeyd edib ki, özünü evinə qayıtmış kimi hiss edir.
Xatırladaq ki, Paraqvay milli komandasında 78 dəfə yaşıl meydanlara çıxan S.Kruz 23 dəfə rəqib qapılara yol tapa bilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB