Xose Qvardiola \"Real\" təmsilçilərinin “Barselona”ya paxıllıq etdiklərini düşünür

Xose Qvardiola \"Real\" təmsilçilərinin “Barselona”ya paxıllıq etdiklərini düşünür

"Barselona"nın baş məşqçisi Xose Qvardiola növbəti açıqlaması ilə təkcə "Real"ın sükanı arxasında olan həmkarı Joze Maurinyonu deyil, bütün ispan futbolunu bir-birinə qatıb. Siasport.az saytı xəbər verir ki, X.Qvardiola "Real Madrid" futbol klubunun ulduz futbolçusu Kriştiyano Ronaldo və klubun portuqaliyalı baş məşqçisi J.Maurinyonun katalon klubuna qarşı son vaxtlar irəli sürdüyü ittihamlara sərt şəkildə cavab verib. Xatırladaq ki, FİFA-nın təsis etdiyi "Qızıl Top Mükafatı"nın "Barselona" klubunun argentinalı futbol ulduzu Leonel Messiyə verilməsinə etiraz edən K.Ronaldo və J.Maurinyo bunu FİFA tərəfindən bir ədalətsizlik kimi qiymətləndiriblər. Onlar hesab edirlər ki, bu ada "Real"ın qapıçısı İlker Kassilyas daha layiq idi. X.Qvardiola isə bildirib ki, J.Maurinyonun və digər "Real" təmsilçilərinin bu mövqeyi onların "Barselona"nın uğurlarına paxıl və qısqanc mövqedən yanaşmaları ilə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə