Topaz Premyer Liqada 2015/2016 mövsümünün son turunda keçirilən "Kəpəz" – "Qəbələ" oyunundan sonra Gəncə komandası azarkeşləri ilə sağollaşıb. SİA-nın məlumatına görə, məşqçilər korpusu və futbolçu heyəti meydanın mərkəzində toplaşaraq futbolsevərləri alqışlayıb.
Tribunaları tərk etməyən 10 000-ə yaxın tamaşaçının qarşısında çıxış edən "sarı-göylər"in baş məşqçisi Şahin Diniyev və kapitan Tural Axundov mövsüm boyu möhtəşəm dəstəyə görə azarkeşlərə təşəkkür edib. Diniyev komandanın Avropa Liqasına vəsiqə qazanmasını fanatlara hədiyyə etdiklərini deyib və onları qitəmiqyaslı turnirdə komandaya dayaq olmağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB