“Rəvan” - “Xəzər Lənkəran” oyununda hakim biabırçılığı

“Rəvan” - “Xəzər Lənkəran” oyununda hakim biabırçılığı

Topaz Premyer Liqanın sonuncu - 36-cı turunda keçirilən "Rəvan" – "Xəzər Lənkəran" oyunu hakim biabırçılığı ilə yadda qalıb. SİA-nın məlumatına görə, matçın baş hakimi Ramil Diniyev qonaq komanda 2:1 hesabı ilə irəlidə olduğu vaxt onların qapısına penalti təyin edib. Həmin epizodun təkrarında qayda pozuntusunun olmadığı aşkar görünür. Meydan sahibləri penalti sayəsində hesabı bərabərləşdirib və oyun 2:2 hesabı ilə başa çatıb.

Bu nəticə isə "Xəzər Lənkəran"ın turnir cədvəlində sonuncu pilləyə enməsinə səbəb olub və cənub klubu gələn mövsüm üçün Premyer Liqada iştirak hüququndan məhrum olub.

Ramil Diniyevin bu kobud səhvi barədə xarici KİV-lər, xüsusilə Rusiya mediası xəbər yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə