Rəcəb Tayyip Ərdogan “Türk Telekom Arena”nın açılışında iştirak edəcək

Rəcəb Tayyip Ərdogan “Türk Telekom Arena”nın açılışında iştirak edəcək

Bu gün İstanbulun "Qalatasaray" futbol klubunun yeni stadionu olan "Türk Telekom Arena"nın açılış mərasimi keçiriləcək. Siasport.az saytı xəbər verir ki, yeni stadionun açılış mərasimində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Türkiyənin rəsmi mediya orqanları və "Qalatasaray"ın rəsmi saytı da baş nazirin açılışda iştirakını təsdiq edən məlumatlar yayıblar. Baş nazirin bugünkü açılışa qatılmasına səbəb verən amillərdən biri də bu stadionun inşasında onun da əməyinin olmasıdır.

Xatırladaq ki, İstanbul klubunun prezidenti Adnan Polat da dəfələrlə öz çıxışlarında bildirib ki, yeni stdaionun tikilib inşa edilməsində baş nazir R.T.Ərdoğanın böyük əməyi var. Artıq tam əminliklə demək olar ki, baş nazir bu gün öz yeni stadionlarına qovuşan "Qalatasaray" tərəfdarları ilə bir arada olacaq. Bu sözsüz ki "Fənərbaxça" tərəfdarları üçün yaxşı xəbər sayılmaz.

Qeyd edək ki, "Türk Telekom Arena" qapılarını tərəfdarlarının üzünə bu gün Bakı vaxtı ilə 16:00-da açacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə