"Qarabağ" klubu Antalyada hazırlıqlarını tam sürətlə davam etdirir. Siasport.az saytı xəbər verir ki, Antalyada keçirilən 6-cı gündə səhər çalışmasını olduqca intensiv keçirib. İsinmə hərəkətlərinin ardından, bir qədər kvadrat oynayan komanda ardınca günün əsas çalışmasını yerinə yetirib. Belə ki, 2 qrupa bölünmüş futbolçular bütün meydan boyu düzülmüş maneələri dəf edərək sonda qapıya zərbə endirmək üzərində çalışıblar. Eyni hərəkəti qruplar 4 dəfə təkrarlayıblar. Rəşad Kərimovla, ayağında kiçik ağrı hiss edən Əfran İsmayılov qaçmaqla kifayətləniblər.
Bu arada komandanın düşərgəsinə baxışa yeni futbolçu gəlib. Belçika "Lyers"indən gəlmiş Nderim Nedzipi hücumameyilli yarımmüdafiəçidir. 1984-cü il təvəllüdlü makedoniyalı futbolçu Almaniyada "Volfsburq" və "Herta" Berlin forması geyinib. Nderim hər iki ayağı ilə yaxşı oynamağı bacarır. Onun haqqında yaxın günlərdə qərar veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB