-
Əvvəlcə hazırlıq planı barədə ümumi məlumat verməyinizi istərdik... -
Yanvarın 10-da Bakıda təlim-məşq toplanışına yığışdıq. Gündə bir dəfə məşq
edirdik. Ayın 13-dən etibarən isə hazırlığımızı Minskdə davam etdiririk. Burada
gündə iki dəfə olmaqla intensiv çalışmalara başlamışıq. Yanvarın 16-da və 18-də
Belarus futzalçıları ilə iki yoxlama oyununda qüvvəmizi sınayacağıq. -
Rəqib barədə hər hansı informasiyanız varmı? - Onların
dörd oyununun videoyazısını izləmişəm. Son 3-4 ayda heyətlərində dəyişiklik olub-olmadığını
bilmirəm. İnternet vasitəsilə və digər mənbələrdən aldığım məlumata görə,
Belarus millisində hər hansı ciddi dəyişiklik yoxdur. -
Millinin bir neçə üzvü ölkə xaricində çıxış edir. Onların oyununu izləmək
imkanınız olubmu? - Vaxtım
olan kimi onların oyununu izləmək üçün ölkə xaricinə yollanıram. Bu mümkün
olmayanda isə, oyunların videoyazısını əldə etməyə çalışıram. -
Bu toplanış Bakıda keçiriləcək IV Bakı Beynəlxalq Futzal Turniri ərəfəsində son sınaqdır. Komandanı bu yarışa nə
dərəcədə hazır saymaq olar? -
Komandanı Bakıda keçiriləcək IV
Bakı Beynəlxalq Futzal Turnirinə 70-80 faiz hazır saymaq olar. Heyətə yeni
futzalçılar çağırılıb. Bu səbəbdən uyğunlaşma problemini aradan götürməyə
çalışırıq. Minskdə futbolçuları bəzi testlərdən keçirəcəyik. Heyəti
komplektləşdirmək baxımından bu sonuncu təlim-məşq toplanışımızdır. Düşünürəm
ki, buradakı hazırlıq və iki yoxlama oyunundan sonra komanda tam hazır olacaq. -
IV Bakı Beynəlxalq Futzal Turnirinin digər iştirakçıları - Özbəkistan, Ukrayna
və Latviya millisi haqda nə deyə bilərsiniz? -
Düşünürəm ki, bu turnirdə əsas rəqibimiz Ukrayna futzalçıları olacaq.
Özbəkistan yığması da güclü rəqibdir. Xatırladım ki, onlarla yoxlama görüşü də
keçirmişik. Özbək futzalçıların son oyunlarının videoyazısını da əldə etmişəm.
Latviya millisi barədə isə heç bir məlumatım yoxdur. Yalnız internet vasitəsilə
keçirdikləri oyunların hesabını öyrənirəm. -
Avropa çempionatının əsas seçmə mərhələsinin oyunları Bakıda keçiriləcək. Qitə
birinciliyinin son qalibi olan İspaniya ilə eyni qrupda yarışacağıq.
Şanslarımızı necə dəyərləndirirsiniz? - Çətin
olacağını hamımız bilirik. Lakin biz də asan rəqib deyilik və qrupdan çıxmaq
şansımız var. Səhv etmirəmsə, qrup mərhələsində son oyunumuzu məhz İspaniya
millisinə qarşı keçirəcəyik. Bu səbəbdən ilk iki oyundan qalib ayrılmağımız
vacibdir.
Belarusun
paytaxtı Minsk şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan
millisinin baş məşqçisi Joze Alesio da Silva
affa.az saytına müsahibə verib. Siasport.az saytı müsahibəni nəzərinizə çatdırır:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB