“Liverpul”un işi Allaha qalıb...

“Liverpul”un işi Allaha qalıb...

Artıq "Liverpul"dakı vəziyyətin dramatik olduğunu anlayan yeni baş məşqçi Kenni Dalgliş təyinatı zamanı alovlu bəyanatlar versə də, indiki durumu nəzərə alaraq "oyun havasını" dəyişib. Siasport.az saytı xəbər verir ki, mövsümə əvvəlcə Roy Hodqsonla başlayan "Liverpul" bir müddət əvvəl təcrübəli baş məşqçi ilə yollarını ayırsa da komandada dəyişən heçnə yoxdur. Belə görünür ki, klub rəhbərliyi "Liverpul"un sükanı arxasına gətirilən yeni baş məşqçidən də yararlanacaq halda deyil. Son çempionat qarşılaşmalarında "Mançester Yunayted"ə 1:0, daha sonra isə "Blekbörn" klubuna da 2:1 məğlub olan "Liverpul"un baş məşqçisi indi də ingilis mətbuatına verdiyi açıqlamada bildirib ki, vəziyyəti düzəltmək üçün daha da çox çalışmalıdır: "İlk iki qarşılaşmada istəmədiyimiz nəticələrlə qarşılaşdıq və həmin oyunlardan məglubiyyətlə ayrıldıq. Doğrudan da bu vəziyyətdə mənə daha çox çalışmaq və yenə də çalışmaq qalır. İşimin nə qədər ağır olduğunu indi daha yaxşı dərk edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə