Leonel Messi : \"“Qalatasaray” düz iş görmədi”

Leonel Messi : \"“Qalatasaray” düz iş görmədi”

Deyəsən, "Qızıl Top Mükafatı"na sahib çıxandan sonra "Barselona"nın argentinalı forvardı Leonel Messi yamanca dedi-qodu müəllifinə çevrilməyə başlayıb. Siasport.az saytı xəbər verir ki, argentinalı ulduz futbolçunun FİFA-nın təqdimat mərasimində jurnalistlərə verdiyi açıqlamaların səs-sorağı indi-indi üzə çıxır. Sən demə "Barselona"lı ulduz türk futboluna da "daş atmaqdan" çəkinməyib. Türkiyə Superliqasını vaxt olduqca izləməyə çalışdığını dilə gətirən argentinalı forvard, İstanbulun "Qalatasaray" klubunu da "hədiyyəsiz" qoymayıb: "Türklər çox sərt futbol oynayırlar. Bu tempdə oynamaq çox təhlükəlidir. Sözsüz ki, Qutinin "Beşiktaş" komandasına getdiyini bilirəm. Həm də bilirəm ki Quaresma da "Beşiktaş"da oynayır. "Beşiktaş" bu il ulduz futbolçuları transfer etdi. Eyni zamanda Frank Raaykardın da "Qalatasaray"dan ayrıldığını bilirəm. Məncə "Qalatasaray" düz iş görmədi", - deyə L.Messi fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə