"Fənərbaxça"nın dünən Türkiyə çempionatının aşağı dəstəsində çıxış edən "Yeni Malatyaspor" klubuna 2:1 hesabı ilə uduzması İstanbul klubunun prezidenti Əziz Yıldırımı özündən çıxarıb. Siasport.az saytı xəbər verir ki, rəhbərlik etdiyi klubun birinci liqa komandasına uduzduğu qarşılaşmanı televiziyadan izləyən Ə.Yıldırım futbolçularının bərbad oyununu heç cürə həzm edə bilməyib. Yanındakı "Fənərbaxça" klubunun rəhbər şəxsləri ilə oyunu izləyən Ə.Yıldırım komandasının qapısına vurulan ikinci qoldan sonra televiziyanı söndürərək dərhal baş məşqçi Aykut Kocamanla görüşəcəyini və bir sıra radikal dəyişikliklərə əl atacağını bildirb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB