Zeynal Məmmədov: \"Bircə qalır Şaferin əlini sıxıb, burdakı işinə görə ona təşəkkür etmək və yola salmaq\"
\"Şafer artıq Bakıdadı. Biz hər şeyi danışmışıq. Onun yekun qərarı lazım idi, bu da bilinir artıq. Bircə qalır əlini sıxıb, burdakı işinə görə ona təşəkkür etmək və yola salmaq\". Siasport.az saytı xəbər veri ki, bu sözləri \"bakı\" klubunn vitse-prezidenti Zeynəl Məmmədov deyib. O, baş məşqçi ilə artıq razılıq əldə olduöunu bildirib: \"İstəmirəm məbləği deyim, ancaq konkret bir \"summa\" istəyir, onu da ödəyəcəyik. Ortaq məxrəcə gəlmişik, yəni heç kəs prinsipini yeritmir. Şafer böyük mütəxəssisdi. Onun burdan qovulduğunu deyənlər düz eləmirlər. Burdakı işi sadəcə, alınmadı. Gələcəkdə yollarımız yenə kəsişə bilər, bəlkə yenə işlədik necəsə birlikdə. Ancaq arada narazılıq yoxdu\". Vitse-prezident artıq Starkovu gözlədiklərini bildirdi: \"Şaferi yola salandan sonra təbii ki, Starkov gələcək. Biz artıq qərarımızı vermişik\". // futbolpress.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB