AZAL-ın Antalyada keçirəcəyi yoxlama oyunları üçün rəqiblərinin adları məlum olub. Siasport.az saytı xəbər verir ki, AZAL yanvarın 21-də Ukraynanın "Zarya", 24-də Qazaxıstanın "Vostok" (Ustkamenoqorsk) klubları ilə görüşəcək. Yanvarın 27-də təyyarəçiləri Ukraynanın daha bir təmsilçisi - "Volın" sınağa çəkəcək. AZAL sonuncu oyunda isə Moldovanın güclülər dəstəsində çıxış edən "Milsami" klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, oyunların hamısı "Titanik" otelinin meydançasında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB