Tbilisidə kyokuşinkay və şinkyokuşinkay karate üzrə Avropa çempionatı keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan komandası çempionatda 5 medal qazanıb.
Yarışda böyüklər arasında 75 kq çəki dərəcəsində mübarizə aparan Səlahət Həsənov qızıl medala layiq görülüb. Valeh Cəfərov (65 kq), Yasir Məmmədov (85 kq) və Mübariz Ağamalıyev (85 kq) isə bürünc medallara sahib olublar. Gənclər (16-18 yaş) arasında 60 kq çəki dərəcəsində yarışan Kərim Kərimov gümüş medal qazanıb.
Qeyd edək ki, çempionatda idmançılarla yanaşı, hakimlərimiz - Allahverdi Rüstəmov, Qabil Sayadov, Namiq Vəliyev, Mübariz Məlikov, Əbülfət Hacızadə, Mehdi Əhmədov və Samir Fərzəliyev də iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB