Azərbaycan Kubokunun finalının biletləri hazırlanıb FOTO

Azərbaycan Kubokunun finalının biletləri hazırlanıb FOTO

Futbol üzrə Azərbaycan Kubokunun finalının biletləri Peşəkar Futbol Liqası tərəfindən hazırlanaraq, "Qarabağ" və "Neftçi" klublarına təhvil verilib. SİA-nın məlumatına görə, oyun zamanı 1-13-cü sektorlar "Qarabağ", 16-28-ci sektorlar isə "Neftçi" azarkeşlərinin ixtiyarında olacaq. Biletlərin satışı klublar tərəfindən Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında təşkil ediləcək. Biletlərin qiyməti sektordan asılı olaraq, 1, 3, 5 və 30 manat arasında dəyişir.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu "Qarabağ" və "Neftçi" komandalarının iştirakı ilə mayın 25-də rellaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə