Sabah usta cüdoçular Bakıda toplanacaqlar

Sabah usta cüdoçular Bakıda toplanacaqlar

Sabah cüdo üzrə dünya ustaları arasında lisenziya xarakterli beynəlxalq turnir keçiriləcək. Siasport.az saytı xəbər verir ki, yarış Bakıda, "Sərhədçi" Olimpiya İdman Mərkəzində təşkil olunacaq. Yarışda dünyanın ən güclü 16 peşəkar cüdoçusu mübarizə aparacaq. Azərbaycan təşkilatçı ölkə olduğundan mübarizəyə hər çəki dərəcəsində bir idmançı buraxa bilər.

Yarışda iştirak edəcək cüdoçularımızı nəzərinizə çatdırırıq

Kişilər Qadınlar

60 kq İlqar Müşkiyev 52 kq Şəhanə Hüseynova

66 kq Tərlan Kərimov 57 kq Kifayət Qasımova

73 kq Renat Mirzəliyev 63 kq Ramilə Yusubova

81 kq Elnur Məmmədli

90 kq Elxan Məmmədov

100 kq Elmar Qasımov

+100 kq Emin Tahirov

Bütün xəbərlər Facebook səhifəmizdə