Türkiyədə təlim-məşq toplanışı keçən \"Neftçi\"nin Antalya şəhərində oynayacağı daha bir rəqib məlum olub. Siasport.az saytı xəbər verir ki, bu, Bosniya və Hersoqovinanın NK \"Çelik Zenitsa\" klubudur. Flaqman bosniyalılarla fevralın 1-də qarşılaşacaq.
Xatırladaq ki, yanvarın 19-da \"Rubin\"lə (Rusiya) yoldaşlıq görüşü keçirəcək \"Neftçi\" Antalyadakı təlim-məşq toplanışının ikinci mərhələsində \"Rudar\" (Çernoqoriya), \"Arsenal\" (Ukrayna) və \"Şturm\" (Avstriya) klubları ilə də qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB