\"Milan"dan ayrılaraq vətəni Braziliyaya dönən və "Flamenqo" klubu ilə 4 illik müqavilə imzalayan ulduz futbolçu Ronaldinyo üçün təşkil olunan təqdimat mərasimində 20 min insan iştirak edib. Siasport.az saytı xəbər verir ki, FİFA tərəfindən təsis olunan "İlin ən yaxşı futbolçusu" adına ilk olaraq sahib çıxan və Avropadakı futbol həyatında önəmli uğurlara imza atan Ronaldinyo həmvətənləri tərəfindən alqışlarla və böyük məhəbbətlə qarşılanıb. Ronaldinyonu görmək üçün klubun Rio de Janeyrodakı təlim-məşq toplanışına gələn 20 mindən çox tərəfdar ulduz futbolçuya böyük dəstək nümayiş etdiriblər. Saatlarca onu qarşılamaq üçün növbəyə duran braziliyalı tərəfdarlara təşəkkür edən ulduz futbolçu qeyd edib ki, bu sevginin qarşılığını meydandakı gözəl oyunu ilə verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB