Yanvarın 15-də Hollandiyanın məşhur "Ayaks" futbol klubu ilə yeni "Türk Telekom Arena"da yoldaşlıq oyunu keçirəcək "Qalatasaray" klubunun rəhbərliyi, transfer siyasətini gücləndirməyə qərar verib. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun rəhbərliyi komandanı gücləndirmək və Türkiyə kubokunda finala qədər irəliləməklə Avroliqaya yüksəlmək üçün heyətinə perspektivli futbolçular cəlb etmək istəyir. Komanda rəhbərliyi həmçinin yenicə qədəm qoyduqları "Türk Telekom Arena"da keçirəcəkləri ilk mövsümdəcə Türkiyə kubokunu başları üzərinə qaldırmaq və bununla da xeyli vaxtdır ki, onlardan incik düşən tərəfdarlarının rəğbətini qazanmaq istəyir. Amma deyəsən "cim-bom" axtardığı futbolçulardan birini, bir neçə gündən sonra yoldaşlıq oyunu keçirəcəyi "Ayaks" klubunda tapıb. Belə ki, Hollandiya təmsilçisinin heyətində oynayan Mounir Əl Hamdayi "Qalatasaray" düşərgəsinə yollanmağa çox yaxındır. Hətta hər iki klubun bu məsələdə danışıqlara başladığı barədə məlumatlar kluba yaxın media orqanları tərəfindən də təsdiqlənir.
Milan Baroşun
zədəli olmasına görə hələ bir neçə ay komandaya kömək edə bilməyəcəyini nəzərə
alan klub rəhbərliyi onun əvəzinə komandanın hücum xəttinə xeyirli olacaq yeni
futbolçu transfer etmək qərarı verib. Nəzərə alanda ki, artıq çexiyalı
futbolçunun Almaniya Bundesliqasında oynayan klublardan birinə keçidi ətrafında danışıqlar gedir, o zaman
"Qalatasaray" rəhbərliyinin "Ayaks"la dil tapmağa çalışacağı real görünür.
"Ayaksın" yeni baş məçqçisi Frank De Bourun da Mounir Əl Hamdayı öz komandasında
görmək istəməməsi transferin reallaşmasını asanlaşdıracaq. Xatırladaq ki, "Ayaks"
keçən mövsüm Əl Hamdayi üçün "AZ Alkmaar" klubuna 5 milyon avro ödəyərək futbolçu ilə 4 illik
müqavilə imzalamışdı. Əl Hamdayi bu mövsüm "Ayaks"da keçirdiyi 17 oyunda 11
qola imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB