“Azərreyl” 1/8 final mərhələsinə vəsiqə qazandı-YENİLƏNİB

“Azərreyl” 1/8 final mərhələsinə vəsiqə qazandı-YENİLƏNİB

Paytaxtın "Azərreyl" voleybol klubu "Çelenc Cup" turnirinin 1/16 final mərhələsi çərçivəsində Yunanıstanın "Olimpiakos" komandası ilə cavab oyunu keçirib. Siasport.az saytı xəbər verir ki, "Sərhədçi" Olimpiya Mərkəzində keçirilən oyunu Pavel Anderson (Rusiya) və Maçej Tvardovski (Polşa) idarə edib. Komandamız rəqibi ikinci dəfə məğlub edərək 1/8 final mərhələsinə vəsiqə qazanıb.

"Azərreyl" - "Olimpiakos" 3:0 (25:14, 25:11, 25:20)

"Sərhədçi" Olimpiya Mərkəzi

Xatırladaq ki, bu komandalar arasında dünən keçirilən ilk matçda "Azərreyl" "Olimpiakos"u 0:3 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə