İdmançımız beynəlxalq turnirdə birinci olub

İdmançımız beynəlxalq turnirdə birinci olub

Almaniyanın Hannover şəhərində güllə atıcılığı üzrə beynəlxalq turnir keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, turnirdə milli yığma komandamızın üzvü Ruslan Lunyov Rapid Fire pistol 25 m. hərəkətində 32 nəfər idmançı arasında mübarizədə 3-cü yeri qazanıb. İdmançımız Standart pistol 25 m. hərəkətində isə 1-ci olub.

Bütün xəbərlər Facebook səhifəmizdə