Güləşçilərimiz Dünya Kuboku uğrunda yarışırlar

Güləşçilərimiz Dünya Kuboku uğrunda yarışırlar

İran İslam Respublikasının Şiraz şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb. SİA-nın məlumatına görə, yarışda Azərbaycanla yanaşı, Rusiya, İran, Türkiyə, Qazaxstan, Belarus, Almaniya və Ukrayna güləşçiləri iştirak edir.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, Türkiyə və Ukrayna komandaları ilə B qrupunda mübarizə aparır. A qrupunda isə, Rusiya, Belarus, Almaniya və Qazaxıstan komandaları qüvvələrini sınayır.

Xatırladaq ki, ötən il keçirilən analoji yarışda yunan-Roma güləşçilərimiz Dünya Kubokunu qazanaraq yeni tarix yazmışdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə