Avropa Liqasında final oyunu keçirilib. SİA-nın məlumatına görə, həlledici görüşdə "Liverpul" və "Sevilya" komandaları üz-üzə gəlib. İndiyədək 4 dəfə Avropa Liqasının kubokunu qazanan "Sevilya" həm də turnirin son qalibi idi. "Liverpul" isə 3 dəfə UEFA kubokunu qazanıb. İngiltərə təmsilçisi sonuncu dəfə 2000-2001 mövsümünün finalında İspaniya təmsilçisi "Alaves"ə qalib gələrək o zaman UEFA kuboku adlanan turnirin qalibi olub.
İsveçrənin Bazel şəhərində keçirilən qarşılaşma "Sevilya"nın qələbəsi ilə yekunlaşıb. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan İspaniya təmsilçisi ikinci hissədə 3 qol vurmaqla görüşdən qalib ayrılb - 3:1. Bununla da, "Sevilya" ardıcıl 3-cü, tarixində isə 5-ci dəfə turnirin qalibi adını qazanıb.
18 may
Avropa Liqası, final
"Liverpul" (İngiltərə) - "Sevilya" (İspaniya) 1:3
Qollar: Daniel Staric, 35 (1:0), Kevin Qameyro, 46 (1:1), Koke, 64 (1:2), 70 (1:3)
Hakimlər: Yonas Eriksson, Matias Klasenius, Daniel Varnmark (hamısı İsveç), Sveyn Oddvar Moen (Norveç)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB