Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandasını 2011-ci ildə
ciddi sınaq gözləyir. Siasport.az saytı xəbər verir ki, bu ilin avqustunda yığmamız Almaniyada keçiriləcək Avropa çempionatında
iştirak edəcək. Yarışın yekununda ilk 3 yeri tutanlar 2012-ci il London Yay
Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar. Federasiya rəhbərliyi Londona
getmək vəzifəsini elə ilk məsul yarışdaca həll etmək üçün artıq ötən ilin
sonlarından əməli tədbirlər həyata keçirməyə başlayıb. İlk olaraq milli
komandamızın məşqçilər korpusunda əsaslı dəyişikliklər aparılıb. Koreyalı
Jeon Jae Honq tutduğu baş məşqçi postundan uzaqlaşdırılıb, əvəzinə yenə həmin
ölkədən Kim Gyesoo dəvət olunub. Daha iki koreyalı - Yang Sung Jin və Kim
Seon Donq isə müvafiq olaraq komandanın texniki direktoru və baş məşqçinin
köməkçisi təyin edilib. Məşqçilər isə bir neçə oyunçunu həmvətənləri ilə
əvəzləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB