“Deportivo” Semih Şentürk üçün “Fənərbaxça”nın qapısını döydü

“Deportivo” Semih Şentürk üçün “Fənərbaxça”nın qapısını döydü

İspaniyanın "Deportivo" futbol klubu "Fənərbaxça"nın və Türkiyə milli komandasının futbolçusu Semih Şəntürkü öz heyətinə qatmaq üçün rəsmi olaraq İstanbul klubuna təklif göndərib. Siasport.az saytı xəbər verir ki, faks yolu ilə S.Şəntürk üçün istəyini çatdıran ispan təmsilçisi, bu transferin tezliklə reallaşmasında maraqlıdır. Xatırladaq ki, bir müddət bundan əvvəl də İngiltərənin "Aston Villa" klubu "Fənərbaxça"dakı bir başqa ispan futbolçusu Daniel Guiza üçün də İstanbul klubuna xəbər yollamışdı. Belə görünür ki, "Fənərbaxça" avropa klublarının diqqətinə düşüb. "Deportivo" klubunun idman direktoru Ernesto Bello da transfer xəbərlərini təsdiq edib və onu da əlavə edib ki, komandası bu transferdə israrlıdır: "Semih Şəntürkü uzun zamandır izləyirik. 6 aydır bu proses davam edir. Qarşıdakı mövsümdə La Liqada liderlik mübarizəsi daha da güclənəcək. Biz də liderlik uğrunda mübarizə aparırıq. Baş məşqçi Miguel, Semihin alınmasında israr edir. Semihi "Deportivo"ya gətirmək istəyirik"-deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə