"Beşiktaş" futbol klubu artıq Türkiyədə ulduz transferləri ilə deyil, Türkiyədəki müthiş futbolu ilə də gündəmi zəbt etməyə başlayıb. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçuların dünən "Manisaspor" klubu ilə Türkiyə kuboku ugrunda keçirilən qarşılaşmada sərgilədikləri oyun və jestlər "İsmət İnönü" stadionuna toplaşan on minlərlə "Beşiktaş" tərəfdarını da məmnun edib. Xüsusi ilə "Real Madrid"dən transfer olunan Qutinin gözəl jesti hər kəsi məmnun edib. Belə ki, komanda rəhbərliyinin kapitan olmasını istədiyi Gutiyə dünənki qarşılaşmadan əvvəl İbrahim Toraman kapitanlıq sargısını təqdim edib. Ulduz oyunçu kapitan sarğısını alıb.. və onu qoluna taxmaq əvəzinə İbrahim Üzülməzin qoluna taxıb. İspan futbolçunun bu jestindən sonra on minlərlə "Beşiktaş" tərəfdarı Qutini alqışlayaraq ona sevgilərini çatdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB