Peşəkar idmançı ilə ailə qurmaq istəyirsiniz? - SORĞU

Peşəkar idmançı ilə ailə qurmaq istəyirsiniz? - SORĞU

Cəmiyyətdə idmançılarla ailə həyatı qurarkən münasibətlərin düzgün gəlməsi məsələsi insanlar arasında müxtəlif cür izah olunur. Bəziləri peşəkar idmançı ilə əvlənməyi mümkünsüz, bəziləri isə çox yaxşı hal olduğunu deyirlər. Siasport.az saytı bu sualla cəmiyyətin müxtəlif peşə sahiblərinə müraciət etdi:

Nurlana Cəlil (Konrad Adenauer Fondunun layihe koordinatoru)

"Bəli idmançı ilə ailə qurmaq istərdim. Amma ağır idmanla məşğul olmamalıdır - güləş, boks. Çünki ağır idmanla məşğul olanların gorünüşü deformasiyaya uğrayır. Futbola nifrət etsəm də, futbolçu, karateçi, fiqurlu konki sürən, basketbolçu, üzgüçü ola bilər".

İqrar Məlikov (tələbə)

"Əgər qız yüngül atletika ilə məşğuldursa xeyir, onunla evlənmərəm. Çünki mən çox qısqancam. Əgər şahmat, dama kimi növlərlə məşğuldursa, evlənərəm".

Nana Məmmədova (menecer)

"Bəli evlənərəm. İdmançılar sağlam ruha, sağlam vüduca malikdirlər. Sağlam əqidələri olur. İdmançılar ölkəmizi tanıdırlar, uğurları ilə nəinki ailəsini, bütün xalqı sevindirirlər".

Mamed Bağırov ("Azad Azərbaycan" qəzetinin şöbə müdiri)

"Əgər mənim bir idmançı qızdan xoşum gəlirsə, onun göstəriciləri və əxlaqı keyfiyyətləri məni tam qane edirsə, əlbəttə mən o qız haqda müsbət düşünə bilərəm. İdmançı qız bununla yanaşı, öz ailə həyatını da düşünməlidir. İdmançı olmaq o demək deyil ki, şəxsi həyatını idmana qurban verməlisən! Hər bir idmançı öz kariyerasında nailiyyətlər qazanmaqla yanaşı, öz həyat yoldaşını və ailəsində düşünməlidir, onlara qayğı göstərməlidir. Bu cür müsbət keyfiyyətləri olan xanıma diqqət göstərmək məncə müsbət addımdır. İlk öncə hər şeyin başında sevgi olmalıdır. Sevgi olan yerdə idmanda müvəffəqiyyət də, ailədə qayğı da, yüksəliş də, bir-birinə inam və istək də olar.

Bəxtiyar Məmmədov (rejissor)

"Konkret şəkildə cavab verim ki, idmançı qızla evlənmərəm. Səbəbi çoxdur. İdmançı qılzlar mənə görə deyil".

Samirə Abdullayeva (SİA-nın əməkdaşı)

"İdmançı oğlanla ilk öncə münasibətlərimizin uyğun gəlib-gəlməməsini yoxlayaram. Əgər alınarsa, müsbət yanaşıram. Onunla ailə quraram".

Aynur Mehtiyeva (tərcüməçi)

"Əlbətdə idmançı oğlanla ailə quraram. İdmançılar daha məqsədyönlü olurlar, nailiyyət əldə etmək üçün çox çalışırlar, Olar sağlan olurlar və uşaqlarının da sağlamlığını düşünürlər".

Vüqar Vəliyev (dizayner)

"Peşəkar idmançı qızla evlənərdim. Amma əvvəlcədən danışıqlarımız olmalıdır. Bəzi icazə verməyəcəyim hallar var. Əgər anlaşa biləriksək, niyə də yox?"

Afət Quliyeva ("Səs"qəzetinin əməkdaşı)

"Mənim nişanlım idmançıdır. Peşəkar güləşlə məşğul olub. Mən özüm də idmançı olmuşam. Azərbaycanda cüdo üzrə 3-cü olmuşam. Münasibətlərimiz çox yaxşıdır. Biz bir-birimiz çox gözəl başa düşürük. İdmançı ilə ailə qurmaq çox normal haldır".

Elgün VİDADİOĞLU - siasport.az

Bütün xəbərlər Facebook səhifəmizdə