"Simurq" 6 futbolçunu heyətdən uzaqlaşdırdı

"Simurq" 6 futbolçunu heyətdən uzaqlaşdırdı

Zaqatalanın "Simurq" klubu 6 futbolçunu transferə çıxarmaq barədə qərar qəbul edib. Siasport.az saytı xəbər verir ki, qapıçı Zabit Səfərov, müdafiəçilər Elnur Yusifov, Elnur Abbasov və Elşən Əliyev, yarımmüdafiəçi Azər Səfərli, həmçinin, hücumçu Yasin Abbasova özlərinə yeni klub tapmaları üçün imkan verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə