"Təyyarəçilər"in düşərgəsinə yeni legioner gəlib

"Təyyarəçilər"in düşərgəsinə yeni legioner gəlib
Dünəndən təlim-məşq toplanışına başlayan AZAL baxışa bir neçə əcnəbi futbolçu dəvət edib. Siasport.az saytı xəbər veri ki, hələlik yalnız özbəkistanlı futbolçu Aleksandr Şadrin komandanın düşərgəsinə gəlib. 22 yaşlı Şadrinin sonuncu klubu Özbəkistanın "Məşəl" komandası olub. Bu yarımmüdafiəçinin iki yoxlama oyununda baxışdan keçirilməsi gözlənilir. Yalnız bundan sonra məşqçilər Şadrinin komandada qalması haqda qərar verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə