AZAL-da məşqçi dəyişikliyi
AZAL klubunun məşqçilər korpusunda dəyişiklik baş verib. Siasport.az saytı xəbər verir ki, baş məşqçinin köməkçisi Novruz Əzimov 09.01.2011-ci il tarixdə rəhbərliyə müraciət edərək tutduğu vəzifədən azad olunmasını xahiş edib. Klubda bu məsələ müzakirə olunaraq Əzimovun xahişi müsbət cavablandırılıb. AZAL rəhbərliyi həmçinin yaranan boşluğu doldurmaq üçün məşqçi axtarışına başlayıb. Nəticədə namizədlər arasında Gəray Qarayev seçilib və onunla razılıq əldə edilib. Qeyd edək ki, Qarayev bundan sonra AZAL-da fiziki hazırlıq üzrə məşqçi vəzifəsində çalışacaq. O komandanın Antalyadakı toplanışı zamanı vəzifəsinin icrasına başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə