Buzadırmanma üzrə açıq Azərbaycan çempionatı keçiriləcək

Buzadırmanma üzrə açıq Azərbaycan çempionatı keçiriləcək

Buzadırmanma üzrə açıq Azərbaycan çempionatı keçiriləcək. Siasport.az saytı xəbər verir ki, yarış 28-30 yanvar tarixlərində Qusarın Ləzə kəndində təşkil olunacaq. Hava şəraiti ilə əlaqədar problem yaranarsa, bu tarixlərin 4-6 fevral tarixlərinə dəyişilməsi mümkündür. Ötən ilki kimi bu il də yarışlar xarici idmançılar üçün açıqdır. Çempionatda iştirak etmək üçün Ukrayna, Türkiyə, Gürcüstan, Rusiya və Qazaxıstandan idmançıların gəlişi gözlənilir. Yarışlar üç gün ərzində keçiriləcək - 28 yanvar- iştirakçıların gəlişi, mandat komissiyasının toplanışı; 29 yanvar- mürəkkəblik üzrə yarışlar; 30 yanvar- sürət yarışları və Bakıya dönüş.

Yarışlarda iştiraka Azərbaycanın müxtəlif idman klubları və kollektivlərini təmsil edən komandalar və fərdi idmançılar dəvət olunublar. Çempionat şəxsi-komanda (2 kişi-1 qadın) hesablı olacaq.

İdmançılar Ləzə kəndində yerli əhalinin evlərində və ya istəklərinə uyğun olaraq şəlalələrin yaxınlığında çadırlarda yerləşdiriləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə