Deyəsən ərəb şeyxlərinin pul kisəsi qaynar bulaq kimi Avropanı hələ çox çalxalayacaq. Siasport.az saytı xəbər verir ki, 2008-ci ildə "Mançester Siti"ni satın alan ərəb milyarder Şeyx Mansur Bin Zayed üçün Avropada pul gücünə alınmayacaq futbolçu qalmayıb. Son üç ilin transfer lideri kimi bütün dünyanın diqqətini cəlb edən "Mançester Siti" çempionatlararası fasilə dövründə də liderliyini davam etdirir. Etdiyi transferlərlə dünya futbolunda səs-küy yaradan ingilis klubu "Mançester Yunayted"in bosniyalı forvardı Edin Dzekonu 31 milyon avro müqabilində heyətinə qataraq Avropa futbolunda gücünü göstərdi. Bir sıra dünya ulduzları da məhz son üç ildə komandaya transfer olundular. E.Dzeko daxil 2008-ci ildən bəri 8 super futbolçu transfer edən ingilis klubu ulduz futbolçular üçün bütünlükdə 221 milyon avro xərcləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB