UEFA qazandığından çox xərcləyən klubları Avrokubok yarışlarına buraxmayacaq

UEFA qazandığından çox xərcləyən klubları Avrokubok yarışlarına buraxmayacaq

Avropanın bir çox aparıcı klubları yenə də qazandıqlarından daha çox xərcləyirlər. Siasport.az saytı xəbər verir ki, UEFA-nın baş katibi Canni İnfantino əgər bu vəziyyət dəyişməsə, yaxın vaxtlarda belə komandaların tezliklə Avropa kubokları turnirlərindən kənarlaşdırılacaqlarını açıqlayıb. Onun sözlərinə görə, əgər indi Avropa kubokları yarışlarında iştirak edəcək komandalar seçilsəydi, UEFA prezidenti Mişel Platininin "feyr-pley" maliyyə konsepsiyası çərçivəsində elan etdiyi yeni qaydalara uyğun olaraq, 11 klub Çempionlar Liqası və Avropa Liqası yarışlarına buraxılmazdı. Yeni reqlamentə görə, indən belə klublar qazandıqlarından çox xərcləyə bilməyəcəklər. Klubların maliyyə hesabatlarına borclar və bütün işçilərin əmək haqqı da daxil ediləcək. Gələn yaydan başlayaraq, hər bir klub bütün borclarını tam vaxtında ödəməli olacaqlar. Proqram üç il müddətində mərhələ-mərhələ həyata keçiriləcək. Əsas meyar - hökmən gəlirlə işləmək tələbi 2012-ci maliyyə ilinin nəticələrinə görə qüvvəyə minəcək. Bu tələbə riayət etməyən klublara qarşı ilk sanksiyalar 2013/2014-cü illər mövsümündə tətbiq oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə