Azərbaycanlı tələbə ABŞ-da atletika yarışında fərqlənib FOTOLAR

Azərbaycanlı tələbə ABŞ-da atletika yarışında fərqlənib FOTOLAR

ABŞ-ın Nebraska ştatında atletika üzrə Tələbələrin Liqa yarışlarının növbəti mərhələsi başa çatıb. SİA-nın məlumatına görə, Linkoln şəhərində keçirilən turnirdə ABŞ-da təhsil alan azərbaycanlı tələbə Ələsgər Məmmədov da iştirak edib. O, hündürlüyə tullanma yarışlarında bu dəfə 2.07 m nəticə göstərib və 6-cı yeri tutub. Həmyerlimizə müvafiq yer üçün nəzərdə tutulan diplom və mükafatlar təqdim olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl Tələbələrin Liqa yarışlarının əvvəlki mərhələsində Ələsgər Məmmədov 2.05 m nəticə ilə üçüncü yeri tutub və bürünc medala layiq görülüb.

Ümumilikdə idmançının yarışdakı çıxışını yüksək qiymətləndirən təşkilatçılar Miçiqan Universitetində təhsil alan Ə.Məmmədovun böyük potensiala malik olduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə